İTV-dən bayraq açıqlaması - “Təxribat olub-olmadığını bilmirik” 

Ötən gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalından sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının tərsinə yapışdırılması müzakirələrə səbəb olub.

Mediada və sosial şəbəkədə öz əksini tapan görüntülər barədə müxtəlif ittihamlar səsləndirilib. Kimisi müsabiqə təşkilatçılarını, kimisi isə Azərbaycan heyətini təqsirkar bilib.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı İTV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov açıqlama verib.

O, bildirib ki, bayrağın səhv yapışdırılmasının təxribat olub-olmadığını bilmir. Lakin durumdan xəbərdar olan İTV əməkdaşları dərhal müdaxilə edib və bayraq doğru formada yapışdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar