Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Onlardan biri “Rojbin Gaver Mizgin” ləqəbli Raife Kutlak adlı qadındır.

AzərTAc rəsmi mənbələrə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKKKCK terror təşkilatlarının üzvü olan təhlükəli terrorçu Siirt bölgəsində zərərsizləşdirilib.

Digər bir məlumatda isə bildirilir ki, Giresunun Güce rayonu ərazisində daha bir PKK terrorçusu təslim olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar