“Araz” 14-cü dəfə Azərbaycan çempionu adını qazanıb

Futzal üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

ONA-nın məlumatına görə, Yüksək Liqada final və 3-cü yer uğrunda matç Bakı İdman Sarayında baş tutub.

Həlledici oyunda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan “Araz” ölkə çempionu olub.

Üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada isə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.

Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan ölkə çempionatının bombardiri olub.

Qeyd edək ki, ardıcıl 4-cü, ümumilikdə 14-cü dəfə qızıl medallara yiyələnən “Araz” futzal üzrə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar