UEFA “Tottenhem”in baş məşqçisini bir oyunluq cəzalandırıb

Dərc olunub: 18/05/2019 - 01:20

aac026f8-beff-46ad-b049-ea366d2d1562UEFA İntizam Komitəsi İngiltərə “Tottenhem”inin baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq cəza verib.

“Report” xəbər verir ki, buna səbəb komandanın Çempionlar Liqasının yarımfinalında Hollandiya “Ayaks”ı ilə ilk oyununun gec başlamasıdır.

Argentinalı mütəxəssisin cəzası şərti xarakter daşıyacaq və ona bir il sınaq müddəti veriləcək. İngiltərə təmsilçisinə həmçinin 10 min avro məbləğində cəza kəsilib.

Poçettino Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi “Liverpul”la matçda texniki zonada yer ala biləcək.

Qeyd edək ki, “Ayaks”la Londondakı görüş “Tottenhem”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda Amsterdamdakı qarşılaşmada rəqibini 3:2 məğlub edərək finala yüksəlib. Çempionlar Liqasının finalı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddə Vanda Metropolitano stadionunda olacaq.










loading...


Fikrinizi bildirin