ABŞ İRANIN NÜVƏ ZƏRBƏSİNDƏN EHTİYATLANIR - Tramp administrasiyası ikiyə bölünüb

«The Wall Street Journal» qəzeti xəbər tutub ki, İran ətrafında yaranmış situasiya böyük müharibə qorxusu altında Donald Tramp administrasiyasını «ikiyə bölüb».

Qəzetin mənbələrinin məlumatına görə, Ağ Evdə çoxları istisna etmirlər ki, ABŞ tərəfindən qəzəbləndirilən İran ilk olaraq nüvə zərbəsi endirə bilər.

Xüsusilə, sanksiyaların bərpa olunmasından, o cümlədən, neft embarqosunun tətbiqindən sonra Vaşinqton Tehranın «tammiqyaslı qarşıdurmaya» hazır olması barədə səsləndirdiyi bəyanatlardan narahatlıq keçirir.

Administrasiya üzvlərinin digər kəsimi belə ehtimala meyllidir ki, İran yalnız ABŞ-ın mümkün fəaliyyətinə cavab verməyə hazırlaşır. Bu kəsim də tammiqyaslı hərbi münaqişənin başlanacağından ehtiyatlanır.

Bundan əvvəl xəbər verildiyi kimi, Hörmüz boğazından keçməklə, Fars körfəzinə ABŞ-ın «Tomaqavk» raketləri ilə silahlanmış iki esminesi daxil olub. Gəmilərdən hər biri 56 ədəd qanaldı raket, qayıq əleyhinə raket və raket əleyhinə raket daşıya bilir.

Bunula yanaşı, Trampın özü ümid etdiyini bildirib ki, ABŞ və İran arasındakı münaqişə müharibəyə çevrilməyəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar