İCRA BAŞÇISI DİLQƏMİN OĞLUNU EVİNƏ DƏVƏT EDİB - "O mənə kişi sözü verdi..." (FOTO) 

Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb.

Bu barədə Modern.az-a K. Əsgərov bildirib. K.Əsgərovun sözlərinə görə, A.Məmmədov onun torpaq sahəsinin icra müqaviləsinin müddətinin artırılması üçün aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edəcəyini açıqlayıb: “Görüşdə mənim problemlərimlə maraqlandı. Mən başçıya bildirdim ki, mənim tək bir problemim var, o da atamın mənə alıb verdiyi torpaq sahəsinin əlimdən çıxmasıdır. Başçıya dedim ki, bu torpağı atam azad olunub gələnədək canla-başla qoruyub saxlamalıyam”.

O qeyd edib ki, başçı ilə aralarındakı anlaşılmazlıq tam olaraq həllini tapıb: “O mənə kişi söz verdi ki, həmin torpaq sahəsi yenidən mənim səlahiyyətimə qaytarılacaq. Səmimi söhbət zamanı bir-birimizi başa düşdük və ortaq məxrəcə gəldik ki, arada bəzi səhv anlaşılmazlıqlar olub. Başçı yaxın vaxtlarda həmin torpaq sahəsinin tam qanuni şəkildə sənədləşdirərək, mənim istifadə veriləcəyinə söz verdi və məni öz evinə dəvət etdi”.

Qeyd edək ki, K.Əsgərov 5 il əvvəl icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitdiyi üçün Səmkir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona məhəl qoyan olmayıb.

K.Əsgərov bildirib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”un üzərində yerləşməsidir: “Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.

***

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır. Bu haqda Modern.az saytına Kürdoğlu Əsgərov məlumat verib.

O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir: "Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

"Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.

635x100

Şərhlər

ayvazov xan 2019-05-20 09:50:07

heyf molla banah vaqifdan ind bilseydi bela vaqiflar var goru od tutub yanardi bu vaqif alimbaş haqinda dediyi sözlardan heyf o vaqif adindan alimbaşa fazil mammadovun naloqda pul yiqan maşini idi cox evlar yixib olduqca cox varlidi cox imkan sahibidi gordu matubata cixib tez geri cakildi alimbaşa ona torbaq verardi hay hay vaqif banah baba gor kimlarin alinda qalmişiq alimbşanin milatin qorxmaz ikid oqluundan almaq isləyirdsə gör obirsilər o insalar nə gunlərni yaşayir molla baba fikir vermə vaqifə

Mehdi 2019-05-20 09:50:07

Bu icra basvilarinin ekseriyyetinin qasinmssi,surtusmesi,gicbeserliyi rusvetxorluqu var dee.Gerek adamlar o biri uzu gosteteler.O biri uzudeki gorduler baslayirlar yaltaqlanmaqa,ay sehv olub,mene duzgun demeyiblet,ne bilim ne eliyibler,xeberim yoxdu.Ay sizi ay sizi,korrupsionerler.Bu olkeni az capib talayin,hormetli prezidentin adina az xelel getirin.Utanib ölmursunuz.

EJDER 2019-05-20 09:50:07

HE,DILGEMIN ESIRLIKDE OLMASI GIRDI QANIVIN ARASINA,YOXSA KIM IDI SENIN WIKAYETINE BAXAN,ESAS INKIWAFDU....GETSIN.AZ A QALIB ORDUMUZ TELIMLER KECIRIR,DIQALARDA QORXUDAN EYILE EYILE GEZIRLER...YA DA ERMENISTAN BOWALIR DA YAXWIDI...BIRDE KI,COCUQ MERCANLI BIZIMDI....

Vaqif 2019-05-20 09:50:07

Şəmkirin icra başcısı Alimpaşa Məmmədov cox-cox icra hakimiyyəti başçısından həm işləyən,həm ədadlətli,həm də kasib və şəhid ailələrinə qarşı daha diqqətli və qayğıkeşdir.Mən özüm Şəmkirdə bunun dəfələrlə şahidi olmuşam.Bu şəxsin hələ müqaviləsinin müddəti bitməyib,indidən haqsızlıq eləyərək,məsələsini ictimailəşdirir.Amma bu məsələni icra hakimiyyəti ilə vaxtı catanda müzakirə etsin,sonra danışsın.

Rasim Cavadov 2019-05-20 09:50:07

Hələ sevin ki sən azadliqdasan. Zaman gələcək erməniyə güllə atanların haq-hesabını cəkəcəklər bu cür məmurlar. Olkədə İHB harınlaşmasının qarşısıisə alinmır. Abşeron rayon İHB Zakir Fərəcov 2004-cü ildə dovlət qeydiyyatına alınmış Xirdalandakı İstiqlal kücəsindəki 120 kvm qeyri yaşayış obyektini hundurmərtəbəli ev tikən Vites Ekspress firmasına satdğı ücün ən möhtəbər qurumlara rəsmi şikayət etsəkdə, faydası yoxdur. Usdəlik 50 min manat əmlakımız da talan olub.Polis, prokur deyir mən Zakirə nə edə bilərəm.

beybala 2019-05-20 09:50:07

Onlara o da azdir. İcra başçısı olan yerdə nə əsir nə qazi nə şəhid? Qarabağ da bizimdi!

ayrım 2019-05-20 09:50:07

Ədalətli İHB olmur.Ona görə ki ədalətli olsa ondan İHB olmur. Bu bir qaydadır. El ücün ağlayanın gözü kor olur əmi oğlu kor... Bunun isə ockisi də var...Deməli helə də özünü qoruyur.

Son yazılar