FUAD ABBASOV MÜƏMMASI - Rusiyadan deportasiya edilir? +FOTO

Məlum olduğu kimi, jurnalist Fuad Abbasovun Rusiyada saxlandığı və deport olunması üçün məhkəməyə çıxarıldığı haqda xəbər yayılıb. Musavat.com bu məlumata jurnalistin vəkili Elman Paşayevin münasibətini öyrənib.

Rusiyanın tanınmış hüquqşünası Elman Paşayev musavat.com -a deyib ki, guya Fuad Abbasovun saxlandığı anı əks etdirən foto jurnalistə məxsus deyil: "Dünən onu məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bur cinayət etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil. Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanışdır".

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və problem var, özü də ciddidir: "Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir".

Vəkil Elman Paşayev musavat.com müxbirinə deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayına çıxacaq və hər şeyi özü danışacaq.

***

Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

635x100

Şərhlər

Diaspor fealı 2019-05-18 16:15:08

Fuad Abbasovu şerleyen Fen başda öz adını danan Frenk Alkaponi liqibli Fizuli Memmedovdur. Hakimiyyete yaxınlaşmaq üçün biraz pul atıb ortaya. Bizim de 3 qepiye göre yaltaqlanan diaspor rehberlerimiz de onun yanındadırlar hazırda. Gec tez bu adamın ermeni işadamları ile ortaqlıqları sübuta yetirilecek. O zaman da Fuadı axtaranda artıq çox gec olacaq. İnşallah deportasiya olunmaz.

X 2019-05-18 16:15:08

Qabil bey tam duz deyirsiz Fuad beyi tek qoymqla yenien neyi ise ermniy tehvil vemek kimi bir seydi Azpolitka xebervermek asandi qeyrete gelek bu fedakar ovladimizi qoruyaq. Hec olmazsa bunu bacaraq

Qabil 2019-05-18 16:15:08

FUAD DÜŞMƏNLƏRİN RUSİYA KÜTLƏVİ İNFORMASİYA MAŞININA QARŞI TƏKBAŞINA MÜBARİZƏ APARIR. ONA GÖRƏ DƏ HÖKUMƏTİMİZ RUSİYA İLƏ OLAN MÜNASİBƏTİNDƏN İSTİFADFƏ EDİB FUADI DÜŞMƏN QARŞISINDA TƏK QOYMAMALI VƏ ONA DAYAQ OLMALIDIR. ERMƏNİLƏR VƏ BİZDƏN OLAN DÜŞMƏN QANI DAŞIYANLARA İMKAN VERMƏK LAZIM DEYİL Kİ FUADI ORADAN QOVSUNLAR.

Sus 2019-05-18 16:15:08

Bu da "öz ermənimiz"nilərimizin fəaliyyətidir.Qurtarın, az bu xalqa nifrət edin!Onsuzda xalq sizə nifrət edir.

Son yazılar