Rusiya və Ukrayna razılığa gəldi

Rusiya və Ukrayna sentyabrın 6-da üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Rusiya Energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

“Sentyabrın 6-da Avropa Komissiyasından cavab gözləyirik. Bizə Prodanla rahatdır. Hər şey Avropa Komissiyasının planının necə olacağından asılıdır. Biz Ukrayna tərəfi ilə bu məsləni hələ Minskdə razılaşdırmışdıq”, - Novak deyib.

“Görüşün baş tutmasına inam nə qədərdir?” sualına isə Novak belə cavab verib: “80 faiz baş tutacağını fikirləşirəm. Hamı qışda qazın nəqlində problemin olmamasında maraqlıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar