Son 2 ayda Rusiya Ukraynaya 15 minədək hərbçi göndərib

Ukraynaya son 2 ayda 15 minə qədər hərbçi göndərilib. Onlardan ən azı bir neçə yüzü çox güman ki, həlak olub.

Bunu Rusiyanın Əsgər Anaları Komitəsinin sədri Valentina Melnikova Frans Press Agentliyinə deyib.

Melnikovanın fikrincə, hazırda Ukraynada 7-8 min Rusiya əsgəri var.

Melnikova deyir ki, bunlar onun ehtimalıdır. Ancaq bu ehtimal onun əsgər anaları, hərbçilərin həyat yoldaşları ilə söhbətlərinə əsaslanır.

Melnikova hesab edir ki, hərbi komandanlar məxfi xüsusi əməliyyat keçirirlər.

Melnikova Rusiya Müdafiə nazirliyinin ictimai şurasının üzvüdür.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar