Bakıda ticarət mərkəzinin binasında baş vermiş yanğın söndürülüb

Bakı şəhəri, Xəzər rayonu, Zagulba qəsəbəsindəki üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən yanğınsöndürmə və digər tədbirlər nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tekstil şöbəsində baş verib. Nəticədə parça materialları yanıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Ramin Şahbazov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar