"EUROVİSİON-2019"UN QALİBİ ODUR - Azərbaycan ilk beşliyə düşə bilmədi (FOTO,VİDEO)

İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" mahnı müsabiqəsi başa çatıb.

"Report" xəbər verir ki, Niderland təmsilçisi yarışmanın qalibi seçilib.

Niderland təmsilçisi Dunkan Lourens "Arcade" mahnısı ilə yarışmanın birincisi olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Yarışmada ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya ifaçısı tutub.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub. Çingizin performansı 297 səs toplayıb.

Azərbaycana səs verən ölkələr isə bunlardır: Portuqaliya 8, Malta 8, Cənubi Makedoniya 4, San-Marino 4, Estoniya 5, Polşa 2, Norveç 5, İspaniya 7, Avstriya 4, Böyük Britaniya 7, İtaliya 7, Albaniya 8, Macarıstan 5, Moldova 6, İrlandiya 7, Rumıniya 10, Kipr 6, Avstraliya 2, Rusiya 12, İsveç 5, Litva 10, Serbiya 3, İslandiya 4, Gürcüstan 10, Yunanıstan 8, Latviya 6, Çexiya 5, Danimarka 4, Fransa 6, Finlandiya 2, Sloveniya 10, İsrail 7.

Qeyd edək ki, finalda 26 ölkə ifaçısı mübarizə aparıb.

Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar