Ukrayna ilə Rusiya Luqansk hava limanı uğrunda vuruşur

Rusiya Ukraynaya 20 minə yaxın canlı qüvvə yeridib

Türkiyə şirkəti Ukraynada səhra hospitalları qurur, terrorçulardan azad edilən əraziləri bərpa edir

“Ukrayna ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin ən az dörd taktiki batalyonu işləyir”. Bu sözləri Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri Andrey Lısenko deyib.Lısenko bildirib ki, son 3 gündə Rusiya Ukraynaya 10-20 min əsgər göndərib: “Bu haqda kəşfiyyat məlumatları var. Rusiya davamlı olaraq Ukrayna ərazisinə canlı qüvvə yerdir. Bütün batalyonlar bronitexnika və ağır artelleriya ilə möhkəmləndirilib. Əldə etdiyimiz bilgiyə görə, indi Rusiyanın Ukrayna əsasındakı ən böyük hərbi qüvvələri Novosvetlovka, Starobeşevo-Novokaterinovka və Şerbak-Markino rayonlarındadır”.

Musavat.com-un məlumatına görə, sentyabrın 1-də Ukrayna antiterror qüvvələrinin hərbçiləri ilə Rusiya Silahlı Qüvvələri arasında Luqansk hava limanı uğrunda döyüşlər başlayyıb. İlkin xəbərlərə görə hər iki tərəf ağır itkilər verib. Ukrayna Müdafiə Nazirliyinin yaydığı xəbərlərdə bilrirlir ki, sentyabrın 1-də 7 hərçi həlak olub, 25 əsgər yaralanıb. Əsas döyüşlər Ukrayna desant qüvvələri ilə Rusiyanın tank batalyonu arasında olub. Ukrayna SQ-nin Baş Qərargahının əmri ilə Ukrayna əsgərləri hava limanından geri çəkilib. Unian.net Ukrayna Müdafiə Nazirliyinə istinadən yazır ki, yaxın saatlarda hava limanına havadan hücum planlaşdırılır:“Hər iki tərəfin ağır itki verdiyi döyüşlər davam edir. Rusiya silahlı qüvvələrinin dəqiq həmlələri döyüşü professional hərbçilərin apardığını deməyə əsas verir. Ukrayna hərbi qüvvələri əraziyə 1500 canlı qüvvə cəlb edib. Qarşı tərəfdən ən ən az 2000 nəfərin döyüşdüyü ehtimal edilir. Səhər saatlarında döyüşlər daha da şiddətlənib. Ukrayna Luqans hava limanını terrorçulardan təmizləmək üçün geniş hərbi əməliyyatları davam etdirir”.

Ukraynanın digər qaynaqları isə xəbər yayıb ki, Ukrayna hərbçiləri Luqansk hava limanın geri almaq əməliyyatına başlayandan az sonra 1500 hərbçi Rusiya qoşunlarının mühasirəsinə düşüb. Mühasirəni yarmaq üçün Ukrayna Ordusu 4 saata yaxın döyüşüb. Tərəflər ağır artelleriyadan, piyadaların döyüş maşınından istifadə edib. Siyanın tank batalyonunu zərərsiz hala gətirən Ukrayna Silahlı Qüvvələri mühasirəni 7 itki 25 yaralı ilə yara bilib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andrey Lısenko onu da deyib ki, hərbi əməliyyatlar başlanandan 765 terrorçu məhv edilib. Son 3 gündə terror qruplaşmaları Rusiya Silahlı Qüvvələri ilə bərabər Ukrayna ordusuna qarşı 37 hücum təşkil edib. Əsas döyüşlər Donetsk və Luqanskda keçirilsə də, ara sıra Donbasda da silahlı toqquşmalar baş verib.

Türkiyə şirkəti Ukraynaya hərbi tibb avadanlıqlar göndərəcək. Bu haqda razılıq iki ölkənin səhiyyə nazirlikləri arasındakı aparılan danışıqlarda əldə olunub. Ukrayna Ali Radasının İnsan Haqları Komitəsinin üzvü Valeriya Lutkovskayanın sözlərinə görə, Türkiyənin səhra hospitalları üçün avadanlıqlar istehsal edən şirlətinin rəhbəri Hacı Bayram Polat da danışıqlarda iştirak edib.

Artıq Donbasa 150 hərbi sanitar və çox sayda səyyar hospital göndərilib:“Bundan başqa Türkiyə şirkətləri ilə terrorçulardan azad edilən Slavyansk və Krematorskdakı sosial infrastrukturun bərpa edilməsi üçün anlaşma əldə edilib. İlk sırada uşaq bağçalarının, məktəblərin və xəstəxanaların bərpa edilməsi qərara alınıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar