"Rusiya bizə S-500 komplekslərinin birgə istehsalını təklif edib" - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılmasından sonra Rusiya ilə birgə S-500 zenit-raket komplekslərinin istehsalının mümkün olacağını deyib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, o belə bir açıqlamanı İstanbulda gənclərlə görüşü zamanı verib.

“S-400 razılaşması bitib. Razılığa əsasən, tədarük iyulda başlamalıdır, bəlkə də daha tez. Rusiya bizə çox yaxşı təklif irəli sürüb. Bundan sonra S-400 kimi S-500 komplekslərinin də birgə şəkildə istehsalı söhbət mövzusudur”, - Ərdoğan belə deyib.

Onun sözlərinə görə, ABŞ da Türkiyəyə 5 ədəd F-35 təyyarəsi verib, onların pilotları hazırda ABŞ-da təlim keçirlər. Prezident əminliklə vurğulayıb ki, Vaşinqton tərəfi F-35 proqramı çərçivəsində Ankara qarşısında bütün öhdəliklərini yerinə yetirəcək.

635x100

Şərhlər

Türk 2019-05-19 10:07:05

Türk dünyasının əyilməz lideri,müsəlman dünyasının güvənc yeri çox Hörmətli R.T.Ərdoğan möhkəm dayan.Bütün Türk dünyası daim sənin yanındadır.Şeytan yuvası olan ABŞ-a və onun şeytan rəhbərlərinə əyilmə.ABŞ Türkiyəyə müttəfiq deyir.lakin FETO-nu qaytarmır.Deməli ABŞ Türkiyənin dostu yox düşmənidir.Hətta FETO-nun əli ilə Türkiyədə çevriliş hazırlamışdı.Belə müttəfiq olurmu?Buradan belə nəticə çıxır ki,ABŞ Türkiyənin düşmənidir.Möhkəm dayan böyük insan,dahi rəhbər.

Son yazılar