Saatlıda 80 yaşlı kişi özünü güllələyib

Saatlı rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğlu özünü tüfənglə vurub.

Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub.

Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar