Türkiyə təyyarəsi Ukrayna hava limanına təcili eniş edib

Dərc olunub: 19/05/2019 - 10:12

teyyare-1Türkiyəyə məxsus sərnişin təyyarəsi Ukraynanın Lvov şəhərinin hava limanına təcili eniş edib.

Bu barədə “Report” “Varta1″ portalına istinadən xəbər verir.

Bildirilir ki, BKV 2170 reysi ilə uçan “Antalya-Lvov” təyyarəsinin təcili eniş etməsinə səbəb oksigen çatışmazlığı ilə əlaqədar olub. Məlumata görə, sərnişinlərdən heç kim xəsarət almayıb.

Hadisə ilə əlaqədar hava limanında bir sıra reyslər ləğv edilib. Sərnişin daşımasını həyata keçirən “Join Up!” şirkəti bildirib ki, faktla bağlı təhqiqat aparılır.












loading...


Fikrinizi bildirin