Fuad Abbasovla bağlı son məlumat - İzolyatordadır, Bakıya göndərilir 

Moskvada yaşayan jurnalist Fuad Abbasovun saxlanılması barədə mediada məlumatlar yayılıb.

Jurnalistin vəkili Elman Paşayev musavat.com-a açıqlamasında bildirib ki, jurnalist hal-hazırda Moskva şəhəri Ximki vilayəti məhkəməsinin qərarı ilə miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Onun Bakıya deportasiyası gözlənilir. Vəkili bildirib ki, buna səbəb aprel ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FCB) F.Abbasovun yaşama haqqını ləğv etməsi qərarını çıxarmasıdır. İddialara görə, FCB-in bu qərarı erməni icmalarının və Azərbaycanın Moskvada fəaliyyət göstərən bəzi icmalarının şikayəti əsasında verilib. F.Abbasov may ayının 2-də Moskvanı tərk etməli idi. Lakin tərk etmədiyi üçün ona saxlanma qərarı verilib. 16 mayda F.Abbasov Moskvann Ximki Vilayət Məhkəməsini qərarı ilə saxlanılıb. Vəkil Elçin Paşayev deyir ki, jurnalistin Rusiyada yaşama hüququnun 17 apreldə məhkəmə qərarı ilə ləğv edilməsindən Fuad Abbasovun özünün xəbəri olmayıb.

E.Paşayev eyni zamanda bildirib ki, hazırda F.Abbasovun vəziyyəti yaxşıdır. Jurnalist miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Azərbaycan səfirliyinə bu barədə məlumat verilib və səfirlik bu prosesə qoşulub. Gələn həftənin ilk günlərində vəkil F.Abbasovun izolyatordan çıxarılıb, Azərbaycana qaytarılması barədə vəsatət verəcək. Müsahibimizin dediyinə görə, həm səfirliyin, həm də onun iştirakı ilə bu proses baş tutacaq.

E.Paşayev hesab edir ki, F.Abbasov haqda verilən şikayətlər və Ximki vilayət məhkəməsinin qərarı qərəzlidir, düzgün deyil. Ona görə də o, bu qərardan məhkəmə qaydasında şikayət verəcək. Vəkil inanır ki, həmin qərar bir neçə ay sonra ləğv olunacaq.

Gəlişmələr haqda məlumat verəcəyik.

635x100

Şərhlər

X 2019-05-19 16:57:20

Moskvada yasayan azerbaycanlilar Fuad Abbasov imtahanindan qeyri kafi aldiniz. Utanmaa lazimdi biz bele hara gedirik

Qabil 2019-05-19 16:57:20

FUAD DÜŞMƏNLƏRİN RUSİYADA KÜTLƏVİ İNFORMASİYA MAŞININA QARŞI TƏKBAŞINA MÜBARİZƏ APARIR. ONA GÖRƏ DƏ HÖKUMƏTİMİZ RUSİYA İLƏ OLAN MÜNASİBƏTİNDƏN İSTİFADFƏ EDİB FUADI DÜŞMƏN QARŞISINDA TƏK QOYMAMALI VƏ ONA DAYAQ OLMALIDIR. ERMƏNİLƏR VƏ BİZDƏN OLAN DÜŞMƏN QANI DAŞIYANLARA İMKAN VERMƏK LAZIM DEYİL Kİ FUADI ORADAN QOVSUNLAR.

omer 2019-05-19 16:57:20

Fuad muellim her bir azerbaycanli kimi ohdesine dusen isi gormeye caliwib.hemyerlilerimizin coxunun duwduyu yere dusub.yeni miqrant izalyotoruns.Allah komeyi olsun.

Bashirov Qarib 2019-05-19 16:57:20

Agadadaş Kərimovun və Mehriban Sadıqovanın,həmçinin onların buradakı məmur tərəftarlarının köməyilə millət uçun cəfakeş vətəndaşəməz cəzalandırılır.Ermənipərəst diaspor rəhbərliyinə bizi təmsil etmək huququ və milyonlarla budcə pulları veriləndə belə olmalıdır.

Vətəndaş 2019-05-19 16:57:20

POLAD ONA KÖMƏK ETMƏSƏ ONUNLA O DÜŞMƏN ERMƏNİLƏRİN NƏ FƏRQİ VAR?

Azəri 2019-05-19 16:57:20

Ağadadşı kim qoyub ora? O təmiz ermənidir. Bəs bizim hökumətimiz hara baxır. Niyə hökumətimiz qorumur Fuadı? Onda belə çıxır ki Fuadın torbası elə burdan tikilir ki ermənilərə xoş getsin.

Son yazılar