Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanılıb

Şəki şəhər sakini Balakən rayonunda narkotik maddə ilə saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, əvvəllər məhkum olunmuş 51 yaşlı Şəki şəhər sakini Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan tutularaq Polis şöbəsinə gətirilib. Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar