Ağstafada qadın bıçaq qarnına batmış vəziyyətdə xəstəxanaya gətirilib

 

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, təxminən 30-35 yaşlı qadın rayonun Muğanlı kəndində qarın nahiyəsindən bıçaqlanmış halda xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünü bıçaqlayıb və elə bıçaq qarnına xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar