KUBOKU "QƏBƏLƏ" QAZANDI! - FOTOLAR
“Qəbələ” və “Sumqayıt” komandaları arasındakı Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib. "Report"un Naxçıvana ezam olunmuş əməkdaşı xəbər verir ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.
Əvvəlcə hakimlər briqadasına xüsusi mükafat, “Sumqayıt”a gümüş medallar təqdim olunub. Daha sonra "Qəbələ" səhnəyə dəvət olunub. Komandaya qızıl medal, kapitana isə kubok verilib.
Qeyd edək ki, "Qəbələ" ölkəmizi Avropa Liqasında təmsil edəcək.
19 may
Azərbaycan kuboku, final
17:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Stiven Monroz, 4
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Stadionunda təkil edilən açılış mərasimini Kamran Həsənli aparıb. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanı səhnəyə çıxıib. Tünzalə Ağayevanın konsert proqramına Peşəkar Futbol Liqası tərəfindən stadiona gələn azarkeşlərə paylanan Azərbaycan bayraqları xüsusi rəng qatıb. Açılış mərasimindən fotoları təqdim edirik.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.