Şamaxıda sürücü maşını aşırıb, 3 yaşlı uşaq ölüb - YENİLƏNİB

Şamaxı-Pirqulu yolunda baş vermiş yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, Şamaxının hazırda Bakıda yaşayan Kürdəmiç kənd sakini Atəş Quluyev olub.

Qəza nəticəsində sürücünün dünyasını dəyişən 3 yaşlı övladının Quluyev Əmrah Atəş oğlu olduğu deyilir. Avtomobildə olan digər azyaşlı sərnişinlər – 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu və digər sərnişin Hüseynli Turan xəstəxanada müalicə olunurlar.

Faktla bağlı araşdırmalar aparılır.

***

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar