Saakaşvili tərəfdarlarını hücuma səslədi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Feysbuk” hesabında video-müraciətlə çıxış edib.

Virtualaz.org bildirir ki, M.Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib.

“Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili vurğulayıb.

Qeyd edək ki, bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar