Türkiyədə iqtidar və müxalifət Atatürkə görə bir araya gəldi- Fotolar

Qazi Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsunda milli mübarizəyə başlamasının 100-cü ildönümü münasibətilə Tütün İskelesində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə diqqət çəkən məqam iqtidar və müxalifətin bir araya gəlməsi olub. Mərasimə prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Mustafa Şəntop, CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı, BBP lideri Mustafa Dəstici, Səadət partiyasının lideri Temel Karamollaoğlu, Vətən Partiyasının lideri Doğu Perinçek və digərləri qatılıblar.

Ərdoğan yubiley tədbirində çıxış edərək dünyaya birlik və bərabərlik mesajı yollayıb: “Hər gün daxildə və xaricdə ölkəmizə qurulan tələni pozur, daha güclü bir gələcək üçün əzmimizi gücləndiririk. 19 may, 23 aprel, 29 oktyabr 82 milyon əhalisi ilə ölkəmizin hər küncündə yaşayır”. 

635x100

Şərhlər

kamran 2019-05-20 00:19:56

Ərdoğanın "quyruğu qapı arasındadır",ona görə müxalifətlə bir araya gəlib.Yoxsa Ərdoğan Kılıcdaroğlu-zad hərləyəndir?

Son yazılar