Gəncədə evdən 44 yaşlı kişinin meyiti tapılıb

Gəncə şəhər sakini Cavid Məmmədov evində ölü vəziyyətdə tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü C.Məmmədovun üzərində ilk baxışdan zorakılıq əlamətləri olmasa da, meyit tibbi ekspertizaya göndərilib.

C.Məmmədovun həmin ünvanda tənha yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar