İTV-dən Avropa Yayımları Birliyinə etiraz - Azərbaycan xəritəsi ilə bağlı

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət ötən gün “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir/Report.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

635x100

Şərhlər

t.ədalət 2019-05-20 00:55:16

ermənilər öz işindədir.Fasiləsiz olaraq əleyhimizə təbliğat aparır.Bizim hakimiyyət isə ermənilərin Bakıya sərbəst gəlib-getməsini reallaşdırmaq arzusu ilə yaşayır..

Son yazılar