UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib - VİDEO

UEFA Avropa Liqasının kuboku Gəncə şəhərinə gətirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu münasibətlə şəhərin mərkəzi meydanında təntənəli tədbir təşkil edilib.

Burada sakinlər və tədbir iştirakçılarının xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə bilmələri üçün imkan yaradılıb. Eyni zamanda, gəncəlilər və şəhərin qonaqları əyləncəli konsert proqramını izləyib, həmçinin Bakıda keçiriləcək final oyununa bilet və müxtəlif hədiyyələr qazanmaq üçün keçirilən yarışlarda iştirak edə biləcəklər.

Tədbirə gələn azyaşlılar üçün isə face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr də nəzərdə tutulub.

Sakinlərin həmçinin Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovdan avtoqraf alma imkanları da olacaq.

Qeyd edək ki, UEFA Avropa Liqası kubokunun növbəti məkanı mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar