ERMƏNİSTAN YENİDƏN QARIŞDI – Xalq məhkəmələri mühasirəyə aldı + VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub. Məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.

Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, - Nikol Paşinyan vurğulayıb.

Paşinyan bildirib ki, ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanılması fikrindən imtina etməyib.

Qeyd edək ki, Erməni baş nazir səhərin erkən saatlarında rəsmi Feysbuk səhifəsində bunları yazıb: “Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma, hamınızı sevirəm”.

Qeyd edək ki, Nikol Paşinyan ilk dəfə olaraq dünən insanları ölkədəki bütün məhkəmələri bağlamağa çağırıb.

O, bu gün saat 12:00-da canlı yayımda xalq qarşısında çıxış edəcəyini və inqilabın ikinci mərhələsini elan edəcəyini açıqlayıb.

Baş nazir Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Köçəryanın azad edilməsinə görə məhkəmələri ittiham edib. 

Qeyd edək ki, mayın18-də Ermənistan keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O zaminə buraxılıb.

Eyni zamanda , Ermənistan Prezidenti Armen Sərkisyan ölkədə məhkəmələrə girişin bağlanılması ilə bağlı fövqəladə bəyanat verib.

Dövlət başçısı insanları sakitləşməyə və Konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin də şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu da deyib.

Paşinyanın çağrışı ilə etirazçılar bu gün səhər saatlarından Ermənistanın paytaxtı Yerevanda məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar.

Ermənistanın keçmiş prezidenti Robetr Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var.

“Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.

Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

Vəkil Ruben Melikyan “Facebook” səhifəsində yazıb ki, Yerevan rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olmasına imkan vermirlər.

Yerevanda “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

 

Ermənistanın ombudsman aparatının rəhbəri Arman Tatoyan bunu düzgün hesab etməyib: “Respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə törətmək barədə Ermənistan baş nazirinin çağırışı və ya bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir”.

Ombudsman Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: “Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar bir-birlərinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, bir-birlərini təhqir və bir-birini təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”.

Bu arada Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı ilə onun tərəfdarlarının bu gün səhərdən etibarən Yerevanda məhkəmə binalarına girişi bağlaması zamanı insident baş verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.

Xatırladaq ki, eks-prezident Robert Köçəryanın zaminə buraxılmasından sonra Paşinyan Ermənistanda inqilabın “ikinci mərhələsini” başlatdığını elan edib. O, tərəfdarlarını bütün məhkəmə binalarında giriş-çıxışı bağlamağa çağırıb, bildirib ki, məhkəmə sistemində inqilabi qərarlar verəcək.

Baş verənləri şərh edən politoloq Elxan Şahinoğlu bunu Putinin Ermənistanda Rusiya meyilli qüvvələri hərəkətə keçirməsilə bağlayıb:

***

“Koçaryan Ermənistanda böyük nüfuza malik olmasa da, Dağlıq Qarabağda gücünü qoruyur”

Ermənistan baş naziri Nokol Paşinyan ölkəsində "inqilabın ikinci mərhələsi”nin başlandığını elan edib.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, Ermənistan Ali Məhkəməsinin Robert Köçəryanın azadlığa çıxması ilə bağlı qərarına etiraz olaraq Facebook səhifəsində bəyanat yayıb. "Sabah Ermənistanda inqilabın ikinci ən mühüm mərhələsini elan edəcəyəm, xalqın dəstəyinə ümid bəsləyəcəyəm", - deyə dövlət başçısı yazıb.

“Ermənistanda inqilabın ikinci mərhələsi başlayır. Bu gün səhər saatlarında Nikol Paşinyanın tərəfdarları onun çağırışı ilə Ermənistanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayacaq. Sonra Paşinyan xalqa müraciət edəcək və inqilabın yeni - daha vacib mərhələsinin başlandığını elan edəcək.

Səbəb Konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanın məhkəmə tərəfindən azadlığa buraxılmasıdır”.

“AzPolitika.info”-nun məlumatına görə, siyasi şərhçi Şahin Cəfərli Ermənistandakı yeni gərginliklə bağlı qısa şərhində bunları yazıb.

Onun fikrincə, ilk baxışdan bunlar Ermənistanda məhkəmə hakimiyyətinin müstəqilliyi və siyasi iqtidardan asılı olmaması barədə rəy yarada bilər. Ancaq belə düşünmək sadəlövhlük olar. “İnqilabdan sonra Qarabağ klanı icra və qanunverici hakimiyyətdən qovulsa da, bürokratik aparatda və məhkəmə sistemində gücünü saxlayıb. Hələ ki Paşinyan bu sahədə dəyişiklik edə bilməyib. Bunun əsas səbəblərindən biri onun kadr ehtiyatının zəif olmasıdır. Lakin Koçaryanla bağlı presedent baş nazir üçün həyəcan siqnaldır: bu hadisə göstərdi ki, radikal sistem dəyişikliyini gecikdirmək yeni hökumətin sonunu gətirə bilər. Bura postsovet məkanıdır, əgər dövlət aparatında və toplumda hakimiyyətin zəifliyi, proseslərə nəzarət edə bilmədiyi haqda təsəvvür yaranarsa və möhkəmlənərsə, o iqtidarın ayaqda qalmaq şansı olmaz”.

Ş.Cəfərli daha sonra qeyd edir ki, Koçaryan Ermənistanda böyük nüfuza malik olmasa da, Dağlıq Qarabağda gücünü qoruyur və arxasında Rusiya dayanıb. “Təsadüfi deyil ki, Dağlıq Qarabağdakı separatçı-işğalçı rejimin indiki və keçmiş rəhbərləri - Saakyan və Qukasyan məhkəməyə müraciət edərək onu şəxsi zaminliklərinə götürdülər. Söz-söhbət var ki, Koçaryan Dağlıq Qarabağa qayıdıb, orada gələn il keçiriləcək seçkidə yenidən prezident ola bilər. Heç Xankəndinə dönməsə belə o, İrəvanda Paşinyan üçün ciddi başağrısı olacaq, çünki DQ rejimi və oradakı silahlı dəstələr üzərində təsir imkanları var, xarici əlaqələri də öz yerində...

Paşinyan bütün bunları yaxşı anladığından, proseslərin bu ssenari üzrə inkişafını əngəlləməyə çalışır və yenidən özünün başlıca resursu olan xalq dəstəyinə əl atıb”.

“AzPolitika”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-20 13:40:33

Ermənistanda gedən hadisələrin bizə aidiyyatı yoxdur. Çünki, görünən o ki, orada nə və kim dəyişir -dəyişsin, torpaqlarımızın istilasına zərrə qədər təsiri olmur. Yəni nə qədər başları qarışsa da (əslində bizə elə gəlir) o torpaqlarda möhkəmlənmək planları ağıllarından çıxmaz. Bu nədən də İzrail necə Fələstin torpaqlarında dövlət oldu, ermənilərdə bizim torpaqlarda iki yüz ildir dövlət ola-ola gedirlər. Ona görə də gəlin təsəllini başqa şeylərdə axtaraq ki, bir 30 ildə özümüzü aldatmayaq.

kamran 2019-05-20 13:40:33

paşinyan hökümət başçısıdır,dövlət başçısı yox! Yazanda diqqətli olun.

Son yazılar