Vergi sanksiyalarından daxilolmalar kəskin artıb - Proqnozlaşdırılandan 50 faiz çox olub

Keçən il vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 205 milyon 71,1 min manat olub.

ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Bu, 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan vəsaitdən 69 milyon 71,1 min manat, yəni 50,8 faiz çoxdur. Dövlət büdcəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan proqnozlaşdırılan daxilolmalar 136 milyon manat olub.

Eyni zamanda vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 2017-ci illə müqayisədə 2018-ci ildə 77,4 faiz artıb. 2017-ci ildə vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 115 milyon 568,5 min manat olub. Beləliklə, 2018-ci ildə 2017-ci illə müqayisədə vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 89 milyon 502,6 min manat çox olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar