"O, müalicələrin pullu olmasını iddia edib" - Səhiyyə Nazirliyindən açıqlama

Səhiyyə Nazirliyi bu qurumun qarşısında aksiya keçirən Teymur Kərimovun ittihamlarına münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən daxil olan açıqlamada deyilir:

"Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib. Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator /qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD /velkeyd, sikofosfan, deksametazon/ kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hal-hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır /hədəf terapiyası/ İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".

635x100

Şərhlər

TARİX 2019-05-20 09:51:41

CƏNAB NAZİR VERDİYİNİZ ƏMƏK HAQQI İLƏ HƏKİM DOLANA BİLƏRMİ?...DƏRMANLARIMIZ KEYFİYƏTSZ,HƏKİMLƏR KASIBCILIQDAN XƏSTƏLƏRİN ƏLİNƏ BAXIRLAR.AZƏRBAYCANDA ƏN BƏRBAD SAHƏLƏRDƏN BİRİ DƏ SƏHHİYYƏDİR.DÖVLƏT MİLYONLARLA VƏSAİT AYIRMASINA BAXMAYARAQ HEC BİR İRƏLƏYİŞ YOXDUR.JURNALİSTİN YAZDIQLAI TAM DOĞRUDUR.DÜŞÜNÜRƏM Kİ,İSLAHAT APARILASI ƏN VACİB SAHƏLƏRDƏN BİRİ DƏ SƏHHİYYƏ SİSTEMİ OLMALIDIR.

t.ədalət 2019-05-20 09:51:41

Kimi aldadırsınız? Allah heç kimi həmin xəstəxanaya möhtac etməsin."Salam verirsən,rüşvət deyildir-deyə,almırlar".Allah onların cəzasını versin!Bir neçə günə öləcəyini bildikləri xəstədən də pul qoparırlar..

Azərbaycan vətəndaşı 2019-05-20 09:51:41

M.Topçubaşov adına Elmi Cərrahi Mərkəz,MOM-dan geri qalmır.MOM-da 3000 min manata olunan əməliyyatı ECM-də 5000 manata edirlər.Qanı,plazmanı və bir çox dərmanları xəstənin ozünə aldırırlar.Bunlardan əlavə 170 manat KT,30 manat USM,25 manat EKQ,Qan analizləri 100 manatdan yuxarı Rentgen 30 manat və sair xərclərlə birlikdə ECM-də xəstənin xərci 7000 manata gəli çıxır.Mən onkoloji xəstə olsamda həkimlər ECM-də məni aldararaq əməliyyat etdilər və sonramüalicə üçün MOM-a göndərdilər.7000 manat xərcim cıxdı.

EJDER 2019-05-20 09:51:41

BUNLARI OXUYANDA IWIQ MUWAVIRESI YADIMA DUWDU....DENIZDE SUYUN HERARETI HE QEDERDI.HIYYY.......

Türk 2019-05-20 09:51:41

Milli Onkoloji Mərkəzdə bütün müalicə və müayinələr pulludur.Hətta MOM-a qəbul 20 manat təşkil edir.Ödənilən məbləğə görə isə heç bir sənəd verilmir.

Son yazılar