“PAŞINYANIN CAVABI DÖYÜŞ MEYDANINDA VERİLMƏLİDİR” – “Elçibəy rüşvət almırdı, amma...”

Qüdrət Həsənquliyev: “Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməlidir”

“AzPolitika.info” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

- Qüdrət bəy, iqtidar və müxalifət partiyalarının təmsilçiləri arasında keçirilən debatlara baxırsınız?

- Vaxtım olanda baxıram.

- Sizcə hansı tərəf daha arqumentli və hazırlıqlıdır?

- Müəyyən istisnalarla müxalifət təmsilçiləri daha qabarıq nəzərə çarpırlar. Bunun səbəbi isə həllini gözləyən problemlər və iqtidar təmsilçilərinin problemləri təkzib etmək taktikasıdır. Bununla yanaşı, debatlara müxalifətdən əsasən partiya sədrləri qatıldıqları halda iqtidardan bir qayda olaraq orta çaplı siyasətçilər qatılır. Bundan başqa etiraf olunmalıdır ki, uzun illər iqtidarda olan partiyanı, hətta yaxşı nəticələr ortaya qoymuş olsa belə, müdafiə etmək həmişə çətin olur.

- Məgər problemlərə görə iqtidarın günahladırılması doğru deyil?

- Bilirsiniz, doğrudur, amma elə problemlər var ki, onların həlli xalqımızın inkişaf səviyyəsinə bağlıdır. Ona görə Marks deyirdi ki, sosializm yalnız inkişaf etmiş kapitalizm cəmiyyətində qurula bilər. Norveç, İsveç kimi. Azərbaycanın indiki inkişaf səviyyəsi islahatlara zəmin yaratsa da, bundan daha artığına imkan vermir. Xalqımız ali dəyərləri mənimsəməli və o dəyərlər üçün həyatlarını belə qurban verməyə hazır olmalıdırlar. O debatlarda ötkəm danışıb, xalqımızın heç bir günahının olmadığını, bütün günahların iqtidarda olduğunu söyləyənlərin çoxunun vaxtilə iqtidarın dəstəyi ilə parlamentə düşmələri üçün hansı oyunlardan çıxdıqlarını yaxşı bilirəm.

- İqtidarın ünvanına ən çox irəli sürülən ittihamlar korrupsiya ilə bağlıdır. Bunu necə təkzib etmək olar?

- Məsələ burasındadır ki, iqtidar nümayəndələri bunu təkzib etməməlidir. Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var. Həmin ölkələrdə ona qarşı daha effektli mübarizə aparılır, çünki cəmiyyət buna dəstək verir. Bir illik AXC hakimiyyətinin sonlarında genişlənməkdə olan korrupsiyaya qarşı Prezident Administrasiyasında xüsusi iclas da keçirildi. O zaman DGK sədri İbrahim Vəliyevin “tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədi” tezisi dillər əzbərinə çevrilmişdi. Hazırda bəziləri demaqogiya ilə məşğul olaraq söyləyirlər ki, Saakaşvili deyib ki, o rüşvət almadığı üçün Gürcüstanda rüşvət yığışdırıldı. Elçibəy rüşvət almırdı, ancaq İbrahim Vəliyev o məhşur bəyanatla çıxış etmək zorunda qalmışdı. Gürcüstanda alt səviyyyədə rüşvətin aradan qaldırılması xalqın artıq başqa cür, rüşvətsiz yaşamaq istəyi ilə bağlı idi. Xalq bunun üçün siyasi səhnəyə çıxmışdı. Azərbaycanda isə xalqımız başqa cür yaşamağa hazır olmadığı üçün Elçibəyi və onun elan etdiyi dəyərləri müdafiə etmədi. Bu gün niyə insanlarımız yerli istehsal olan ərzaq məhsullarına tam etimad göstərmir? Çünki onu istehsal edən həmvətənlərinin dürüstlüyünə inanmır. Ölkəmizin böyük problemləri burdan qaynaqlanır. İnsanlar bəzən hansısa dövlət orqanında rüşvətin baş alıb getməsindən danışır, amma mövzu dəyişən kimi deyir ki, bir adam olsaydı haqqını verərdim mənim oğlumu həmin orqanda işə düzəldərdi. Reallıq bundan ibarətdir. Amma hər bir halda dediklərim qətiyyən, dolayısı ilə rüşvətxorluğa haqq qazandırmaq kimi başa düşülməməlidir. Sadəcə problemin kökünün özümüzdə olmasını göstərməkdir.

Düşünürəm ki, bu və qanunun aliliyi ilə əlaqədar digər problemlərin həlli zamanının çatdığını Prezident də görür və bu məqsədlə məhkəmə-hüquq islahatlarının aparılması barədə fərman imzalayıb. Məncə o debatlarda iqtidar təmsilçiləri bu barədə danışmalı və bütün müxalifət qüvvələrini, xalqımızı başqa cür yaşamağa və islahatları dəstəkləməyə çağırmalıdır.

- Sosial şəbəkələrdə yayılır ki, guya siz demisiniz ki, Qarabağı qarabağlılar azad etməlidir. Bu nə dərəcədə doğrudur?

- Çox axmaq və zərərli fikirdir. Əksinə, mən vaxtilə səsləndirilmiş bu cür təxribatçı fikirləri, Qarabağ problemini öz məqsədləri üçün istifadə edənləri qınamışam. Bəzi intellektsiz ünsürlər mənə qarşı mübarizədə öz acizliklərini gördükləri üçün belə şayiələr yayırlar. Qarabağ hər bir azərbaycanlının qürur məsələsidir. Onu işğaldan azad etmək hər kəsin şərəf və ləyaqət məsələsidir. Mən xalqımızı Qarabağı azad etmək üçün qurbanlar verməyə və qəhrəmanlıqlar göstərməyə hazır olmağa səsləmişəm. Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli mümkün deyil. Tarix boyu zabitlər ölkənin ən üst elitası sayılıb və onlar qürurlu zadəgənlardan formalaşdırılıb. Müharibələr zamanı da onlar xalqı səfərbər edib onun önündə gediblər. Zabit şərəfi ölümdən həmişə üstün tutulub. Keçmişdə zabitlər öz şərəflərini qorumaq üçün ona toxunanları duelə çağırardılar. Tarixdən oxumusunuzmu bir rəncbər başqa bir rəncbəri duelə çağırsın? İndi Şuşada yallı getməklə hər bir azərbaycanlının, xüsusilə zabitlərimizin qüruruna toxunan Paşinyanın cavabı döyüş meydanında verilməlidir. Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməli, ən azı bir neçə rayonu işğaldan azad etməklə Ermənistanı ədalətli sülhə məcbur etməlidir.

- Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun “və yenə də Qarabağ haqqında” adlı məqaləsinə münasibətiniz necədir?

- Torpaqlarımızın işğal altında qalması bir azərbaycanlı kimi onu narahat edir, qüruruna toxunur. Mənim ona xeyriyyəçilik fəaliyyətinə və milli kimliyini qoruyub saxlamasına görə hörmətim var. Amma Rusiyada fəaliyyət göstərib Qarabağ mövzusunda düşündüklərini və həqiqəti qələmə almaq iş adamı üçün intihara bərabər olar. Məhz bu səbəbdən məqalədə münaqişənin həllinin üfüqdə görünməməsinə görə əsas faktorun - Rusiya faktorunun üstündən sükutla keçmək lazım gəlib. Ona görə də düşünürəm ki, belə çətin mövzulara baş vurmaqdansa xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq ona daha çox siyasi divident gətirər.

635x100

Şərhlər

Türk 2019-05-20 10:22:37

Bizim məmurların ovladları Avropada,ABŞ-da kef edirlər. Yəqin sənində övladın xaricdə təhsil alır.SSRİ-ni idarə edənlərin övladları Böyük Vətən Müharibəsində hamısı ön cəbhədə düşmənə qarşı vuruşublar.İndi isə kiçik bir məmurun oğlu at oynadır.Gözün üstə qaşın var deyən yoxdur.

[email protected] 2019-05-20 10:22:37

Korrupsiyaya haqq qazandıranların geniş yayılmış "arqumenti": "Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var".Səni tənqid, yaxud qəbul etməyən kimlərisə intellektual baxımdan özündən aşağı saymaq da həmin arqument kimi tutarsız və məntiqdən uzaqdır. Necə keçirildiyi məlum olan seçkilərdə "qalib" gəlmək kiminsə nüfuz və intellektindən xəbər vermir. Qaldı Qaravağın azad edilməsinə bunun da başlıca yolu demokratik seçkilərdən keçir. Xalqın mütləq əksəriyyəti bu gün nə iqtidarın, nə də müxalifətin yanında deyil.

ayrım 2019-05-20 10:22:37

Kimin övladı bu gün hərbi xidmətdədir kişiliyi catsın acıqlasın nələr baş verir. catmır qardaş. bizdə o yoxdur axı. ona görədə bu gündəyik. yazırıq sonra da fəxr edib, qarnımızı ovuşdurb qürrələnib gedib, yatırıq ki yazdım dana daha nə qayırım..yaxşı ki bu saytlarıda acıblar vallahi..

ayrım 2019-05-20 10:22:37

sənin hərbidəki vəziyyətdən xəbərin var ya yox. varsa.... and icmə mərasimlərindəki biabırcılığa bax. oturmusan yumşaq yerdə deyirsə nə yaxşı ...

Əli 2019-05-20 10:22:37

O debatlarda ötkəm danışıb, xalqımızın heç bir günahının olmadığını, bütün günahların iqtidarda olduğunu söyləyənlərin çoxunun vaxtilə iqtidarın dəstəyi ilə parlamentə düşmələri üçün hansı oyunlardan çıxdıqlarını yaxşı bilirəm. BU BARƏDƏ DANIŞMASAQ YAXŞIDIR... Birdə ki xalqın inkişaf səviyyəsi yerindədir...

Mux 2019-05-20 10:22:37

Ay Qüdrət vallahi-billahi sabah müharibə başlasa özün də övladların da qaçıb gedəcəksiz xarici ölkəyə.Tək sən yox,elə məmurların 90%.Bu 30 ildə görmədim ki,hansısa məmurun oğlu ya şəhid olsun ,ya da erməni gülləsindən yaralansın.Bir MM deputatların 78% qocalıq yaşlarında ola-o MM qəbul edilən qərarların mahiyyəti nədən ibarət ola bilər axı.Deputat nə rüşvət almalıdır,nə də bizneslə məşqul olmalıdır.

pensioner 2019-05-20 10:22:37

"Cuppulu xandır nuşirəvan"ların kökü ancaq yuxarıdan kəsilməlidir!

Əntiqə Qurbanova 2019-05-20 10:22:37

Hörmətli Qüdrət bəy,çox sağ okun ki, hər zaman Qarabağ problemini qabardırsınız. Haqqınızda bədxahlar nə desələr də, nə yazsalar da, əmin olun ki,doğru yolda olduğunuzu onlar özləri də çox yaxşı bilirlər, görürlər, amma nə yazıq ki, gündəmdə qalmaq üçün "ağa qara da" demək olar... Allah yolunu həmişə açıq etsin.

Əsrin Müzakirəsi 2019-05-20 10:22:37

Araban zəifdir, düş piyada get? Qaydanı necə qoyarsan, elə gedər! Əksər xalqın Korrupsiya və rüşvətlə nə əlaqəsi? Xalq layiq deyilsə, liderlikdən əl çəkmək olar! Qarabağ şüarlı heç bir şəxs, ya partiya Elçibəydən belə qəti hüquqi bircə addım atmayıb? Namizəd kimi buraxdığınız Ultimatumu kim boğdu? Əhmədovu da çəkindirirsiniz? Stabil Sosial artım barometri də 200 milyon əskik götərib. Cəmiyyətin hüquq bərabərliyi sel gücünə çevrilə bilər.

EJDER 2019-05-20 10:22:37

MEN ISE DUWUREM KI,SIZDEN ADAM OLMAYIB,OLMAYAJAQDA.BOW BOW DANIWMAQDANSA,LAZIMI TAPIN.YOXSA,,QAJGINKOM,,GULMEKDEN OLAJAQ...QAJQINLAR YETIM QALAJAQ.SULH,MULH BOW WEYDI.HAYDI ,YA ALLAH.IRELI.DIQALARIN ANASINI AQLATMAQ VAXTIDI...GUCUMUZU HISS EDEN KIMI,BINAMUSLAR GIRENKONU AXTARACAQLAR,BAWQA YOLU YOXDUR,AY CAMAAT BUNU BILIN.27 IL BOYUK MUDDETDI,ANCAQ BIZ BUNU HELL ETMELIYIK,HAMILIQLA

EJDER 2019-05-20 10:22:37

BOW BOW DANIWMAQDANSA,LAZIMI TAPIN.YOXSA,,QAJGINKOM,,GULMEKDEN OLAJAQ...QAJQINLAR YETIM QALAJAQ.SULH,MULH BOW WEYDI.HAYDI ,YA ALLAH.IRELI.DIQALARIN ANASINI AQLATMAQ VAXTIDI...GUCUMUZU HISS EDEN KIMI,BINAMUSLAR GIRENKONU AXTARACAQLAR,BAWQA YOLU YOXDUR,AY CAMAAT BUNU BILIN.27 IL BOYUK MUDDETDI,ANCAQ BIZ BUNU HELL ETMELIYIK,HAMILIQLA

Şəhid atasi 2019-05-20 10:22:37

Hörmətli Qüdrət müəllim bir dəfə də yazin ki ordunun önündə yuksək ranqlı məmur balaları,deputat balaları getsin

Aslan 2019-05-20 10:22:37

Qüdrətin işi ancaq milləti ruhdan salmaqdır...

kamran 2019-05-20 10:22:37

Fərhad Əhmədov əslən Qubadlıdan olduğu üçün Qarabağ dərdi onu başqalarından artıq narahat edir.

anar 2019-05-20 10:22:37

-------------

Əqiq 2019-05-20 10:22:37

Hərbi-siyasi diplomatiya səyliyi, yoxsa aşkar satqınlıq? Tarixin ən vəhşi hərbi genosid cinayətkarlarına xəbərdarlıq və tərəfdarlarına qlobal-separat-diplomatik maliyyə dəstəyinin xalqın acizliyinə silinməsi? Bravo-POLİTİK?

Son yazılar