"İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır" - Ziyad Səmədzadə

"Sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər".

"Report" xəbər verir ki, bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq institutu inkişaf edir:

"Özəl sektor Azərbaycan iqtisadiyyatının 80 faizini təşkil edir. Sahibkarlıqla məşğul olan insanların sayı 1 milyona yaxınlaşır".

O, KOBİA-nın fəaliyyətinə diqqət çəkib: "Bu istiqamətdə KOBİA mühüm işlər həyata keçirir".

Z.Səmədzadə əlavə edib ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır, ona görə ki, maliyyədən düzgün istifadə edilmir.

"Bununla yanaşı, sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər. Təbii ki, kölgə iqtisadiyyatı var. Bu istiqamətdə ictimai şuraların yaradılması sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək. İctimai Şurada gələcəkdə monitorinqlər aparılmasını istərdim", - deyə millət vəkili bildirib.

Deputat əlavə edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra işlər həyata keçirməliyik.

635x100

Şərhlər

vekil 2019-05-20 10:46:46

bizde her sey tersinedir bele ki Ziya Semadzade hec vaxt sahibkar olmayib o haradan biler ki sahibkarin derdi seri nedir o kamisiyanin sedri esl sahibkar olmalidir yeni hansiza memurun sahibkari ve ya krisaliginda olan yox mes esl sahibkar oz gucune gelen hetda kicik sahibkarda ola biler bax o olmalidir onda hee nese gozlemek olar yoxsa Lenin partbiletini atib gelib komisiya sedri olub bu guluncdur...

Cəmşid Dərələyəzli 2019-05-20 10:46:46

Səmədzadəyə bu indi çatıb diyəsən. Onun deməsi ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır, ona görə ki, maliyyədən düzgün istifadə edilmir. Bu absurt fikirin əcabə səbəbkarları olan özünündə rəhbəri olduğu komissiyanın və aidiyyatı dövlət qurumlarını niyə dilə gətirmir görəsən. Neçəki, bu Səmədzadələr görəv başında, Cənab Prezidentin qarşıya qoymuş olduğu hədəflərə, xüsusən də sahibkarlığın inkişafına ulaşmaq zaman alacaq.

EJDER 2019-05-20 10:46:46

1 MILYONA YAXIN SAHIBKAR VAR...1 MILYONDA QAJQINIMIZ...TORPAQLARIMIZDA 27 ILDI KI,IJQAL ALTINDADIR...BIZ ISE ANALOQU OLMAYAN INKIWAF EDIRIK...HAY HAY.BOW BOW DANIWMAQ YETRER,IW GORMEYIN VAXTIDI

Son yazılar