Marneulidə 4 məntəqədə seçkilərin nəticələrinin ləğvi tələb olunur

Ötən gün Marneulidə icra başçısı vəzifəsinə keçirilən seçkilərdə qanun pozuntuları ilə bağlı 33 şikayət qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Dairə seçki komissiyalarına seçki pozuntuları ilə bağlı, ümumilikdə, 116 şikayət daxil olub. Şikayətlərin böyük əksəriyyəti texniki məsələlərlə bağlıdır və 48-i Zuqdidi rayonunun payına düşüb.

Bununla yanaşı, 8 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi tələbi ilə 10 müraciət qeydə alınıb ki, onların da 4-ü Marneuli rayonunda yerləşir.

MSK-dan bildirilib ki, şikayətlərə qanun çərçivəsində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar