Pentaqonun başçısı Türkiyəyə gəlır - Foto

Bu haqda Pentaqonun mətbuat katibi Con Kirbi məlumat yayıb

ABŞ-ın müdafiə naziri Çak Heyqel gələn həftə Türkiyəyə səfər edəcək.

ANS -in məlumatına görə, Pentaqonun mətbuat katibi Con Kirbi müdafiə naziri Heyqelin 4-5 sentyabrda NATO-nun Uelsdə keçəcək sammitindən sonra Gürcüstana və Türkiyəyə baş çəkəcəyini qeyd edib.

Kirbi Heyqelin müdafiə naziri postuna gəlişindən sonra ilk dəfə Türkiyəyə baş çəkəcəyi haqda bunları bildirib: "Türkiyə NATO-un əsas müttəfiqidir. Türkiyənin Suriya və İraqla sərhəd vəziyyətini nəzərə alaraq qeyd etmək lazımdır ki, bu ölkə İŞİD tərəfindən regional təhlükə altındadır".

Kirbinin sözlərinə görə, Heyqelin türk liderləriylə, həmçinin Rəcəb Tayib Ərdoğanla çoxdankı münasibətləri var, Türkiyəyə onun səfəri iki ölkə arasındakı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək və genişləndirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar