Hakim məhkəməyə pəncərədən soxulmaq istədi… – VİDEO

Dərc olunub: 20/05/2019 - 13:49

284802_res_01Ermənistanda baş nazir Nikol Paşinyanın çağırışı ilə onun tərəfdarlarının bu gün səhərdən etibarən Yerevanda məhkəmə binalarına girişi bağlaması zamanı insident baş verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.

Xatırladaq ki, eks-prezident Robert Köçəryanın zaminə buraxılmasından sonra Paşinyan Ermənistanda inqilabın “ikinci mərhələsini” başlatdığını elan edib. O, tərəfdarlarını bütün məhkəmə binalarında giriş-çıxışı bağlamağa çağırıb, bildirib ki, məhkəmə sistemində inqilabi qərarlar verəcək.

***

Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub. Məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.

“Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, – Nikol Paşinyan vurğulayıb.








loading...


Fikrinizi bildirin