ETSN rəsmisi: "Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub"

"Güclü külək İsmayıllı rayonunda meşə ağaclarına ziyan vurub".

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: “Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

Qeyd edək ki, Nazirliyin Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar