MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də... - Ekspert açıqladı 

"Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır". Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” hesabından  paylaşdığı yazıda bildirib.

"AzPolitika.info"nun məlumatına görə, ekspert MDB ölkələri ilə müqayisə apararaq, bu qənaətə gəlib. Onun sözlərinə görə MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür: "Diqqət edin demək olar ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir.

Amma buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır".

 

635x100

Şərhlər

nata 2019-05-20 21:56:13

Anlamadım,10 milyonluq Azerbaycanda hər 1000 nəfərə 130 pensiyaçı,3 milyonluq Ermənistanda isə hər 1000-ə 158 pensiyaçı?İndi kim ınkişaf edib))))

sesi batan 2019-05-20 21:56:13

Bezi deputatlar(H.Recebli-M,Quliyev kimiler)da pensiya yasini 65-e qaldimaqda canfesanliq etdiler.Axi hami onlar kimi yag- bal icinde yasayib 80-90 il omur surmurler axi.Millet dolanisiq derdinden hec 65-e catir ki.Kisilikleri catsa pensiya yasini 60-a yendirerler.

EJDER 2019-05-20 21:56:13

HA HA HA .SAHILE CIXDI MOTROS.UWAQ PULU NE OLDU ,NIYYY.HANI INKIWAF,ANALOQU OLMAYAN.3 MANAT PENSIYANI QALDIRIF,DEYIR HELE QALXAJAQ.ERZAQ GOR NE QEDERE QALXIF...ESAS WARADI,MARADI ...FORMULADI...SAQ YEMIYESINIZ

Türk 2019-05-20 21:56:13

Bəli iqtidarda olanlar üçün,dünyada ən inkişaf etmiş iqtisadiyyat və sosial qayğı Azərbacandadır.

Son yazılar