Qətər ərəb ölkələrinin fövqəladə sammitinə dəvət olunmayıb

Qətər körfəz və ərəb ölkələrinin Məkkədə keçiriləcək fövqəladə sammitlərinə dəvət olunmayıb.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanın kralı Salman bin Əbduləziz ötən həftə Birləşmiş Ərəb Əmirlikləri sahillərində Səudiyyə Ərəbistanına məxsus 2 neft tankeri də daxil olmaqla, dörd gəmiyə hücumla əlaqədar mayın 30-da Məkkədə iki fövqəladə sammit keçirməyi təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar