Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Dərc olunub: 20/05/2019 - 15:40

recep_erdogan_100317Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

Trend-in məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası – 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.












loading...


Fikrinizi bildirin