Eyfel qülləsinə giriş-çıxış dayandırılıb - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 15:30-da Parisin Eyfel qülləsinə dırmaşan naməlum şəxsi bu saatlara qədər oradan düşürmək mümkün olmayıb.

"Report"un Fransa bürosu xəbər verir ki, tarixi tikiliyə dırmaşan şəxs hazırda qüllənin üçüncü mərtəbəsinə çatıb.

Qeyd edək ki, bununla bağlı Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. Qüllənin istismarına məsul olan şirkət SETE bildirib ki, qülləyə dırmaşan şəxs düşürülməyənədək abidə ziyarətçilərin üzünə bağlı qalacaq.

 

***

Eyfel qülləsinə giriş-çıxış dayandırılıb.

"Report"un Fransa bürosu xəbər verir ki, buna səbəb naməlum şəxsin tarixi tikiliyə dırmaşmasıdır.

Nəticədə qüllənin birinci, ikincə mərtəbəsi və ətrafı təxliyyə edilib, yalnız üçüncü mərtəbədə bir neçə turist qalmaqdadır.

Hazırda polis və xilasedicilər hadisə yerindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar