Spikerdən yazdıqları üçün işdən qovuldular

Özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus “Kommersant” qəzetinin siyasi şöbəsinin 10 əməkdaşı işilə vidalaşıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, ölkənin ən populyar nəşrlərindən biri olan “Kommersant”da Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko barədə məlumat yayılıb. Həmin məlumatda Matviyenkonun istefasının gözlənildiyi bildirilib.

“Novaya Qazeta” yazır ki, spikerlə bağlı məqalənin müəllifləri olan jurnalistlər – İvan Safronov və Maksim İvanov rəhbərlik tərəfindən cəzalandırılıb. Məlumata görə, istefa xəbəri yayılandan sonra Matviyenko şəxsən Əlişir Usmanova zəng edərək, iradını bildirib.

Milyarder bundan sonra qəzet rəhbərliyini sərt şəkildə danlayıb. Hətta baş redaktorun işdən qovulacağı gözlənilsə də, qəzetin rəhbəri son anda vəziyyətdən çıxa bilib. Əvəzində yuxarıda adı çəkilən jurnalistlər işdən azad ediliblər. Bu cür idarəçiliyə və senzuraya etiraz edən baş redaktorun müavini və siyasət şöbəsinin 10 əməkdaşı istefa ərizələrini rəhbərliyə təqdim ediblər. Beləliklə də qəzetin siyasi şöbəsi ümumiyyətlə işini dayandırmış olub.

Qeyd edək ki, sözügedən məqalədə Matviyenkonun vəzifəsindən gedəcəyi, onu Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinin əvəz edəcəyi, xanım spikerin isə Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etmək fikrində olduğu bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar