Türkiyə ilə Azərbaycana ortaq marş yazıldı - VİDEO

Müğənni Sevinc Musayeva vətənpərvərlik mövzusunda ilk mahnısının təqdimatını keçirib.

BakuPost xəbər verir ki, "Türkiyə-Azərbaycan”adlı hərbi marş üslubunda vətənpərvərlik bəstəsinin musiqisi Sevinc Tofiqqızına, sözləri Almaz İlahə Əhmədovaya, aranjemanı Osman Həmidova məxsusdur.

Azərbaycan Türkiyə arasında əsrlərdir davam edən qardaşlıq və dostluq duyğuları, Qarabağ həsrəti, şəhidlər kimi mövzuları bir arada cəmləyən mahnı yaxın aylarda Türkiyə və İraq Türkmənistanında da təqdim ediləcək.

Həm bəstəkar, həm şairə ifaçının vətənpərvərlik hisslərini dinləyicilərə çatdırdığını və əsəri gözəl ifa etdiyini bildirdi.

BMM-də keçirilən tədbirə mətbuat və mədəniyyət nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri, Aprel döyüşləri iştirakçıları qatılmışdı.

Tədbirdə müğənnilərə, bəstəkarlara, aranjemançılara vətənpərvərlik mövzusunda mahnıların daha çox hazırlanması, şoudan kənarlaşıb, Azərbaycan adına yaradıcılıq işləri ilə məşğul olmaq çağırışı edildi.

Qeyd olundu ki, bəstəkarlar bu mahnıları müğənnilərə təmənnasız təqdim etsinlər, aranjemançılar da vətənpərvərik mahnılarını baha qiymətə aranjiman etməsinlər. Vətənpərvərlik mahnıları xalqımız, dövlətimiz, adına pulsuz olmalıdır. Burda qazanc məqsədi güdmək olmaz.

635x100

Şərhlər

t.ədalət 2019-05-20 21:01:23

Çox səviyyəli yazılıb.Həm bəstəkarlıq,həm də ifa,hiss olunur ki, bu sahənin peşəkar ixtisas sahiblərinə məxsusdur.Güman ki onlar bizim ordu üçün də sanballı musiqilər yaradacaq,bu sahədə hələ də nail ola bilmədiyimiz boşluğu dolduracaqlar.Hərbi mahnılar peşəkar sənət adamları tərəfindən hazırlanmalıdır.Əks təqdirdə sırtıq mahnılar və ifaçılar meydan sulaya bilər.

Son yazılar