FUAD ABBASOVLA BAĞLI ŞOK İNFORMASİYA - "Onu qəddarcasına döyüblər..." + VİDEO/FOTO

“İki polis döyüb, biri isə foto və videosunu çəkib...Məqsədləri sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”

Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib. Bu barədə musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mn kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu sındırdıq”.

E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib. Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir qanunsuzluqla qarşılaşmadığını dedi. Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: “Fuad Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.

Vəkili Elman Paşayev: “Sifarişçilərin kim olduğunu təxmin edirik”

Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: “Fuad deyir ki, polisə qəbul ediləndə bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla danışa biləcək”.

E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur. Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun olmasına inanmır: “Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.

635x100

Şərhlər

Vətəndaş 2019-05-20 21:38:47

Fuad kimi Azərbaycanımızı qəlbən sevən vətənpərvər oğlanlarımızı qorumalıyıq.

S.H. 2019-05-20 21:38:47

Bele seraitde Azerbaycan sefilliyi( sefirlik yox, SEFILLIK) dunyasinda sesin cixartmaz! Bu alcaqliq butun Azerbaycana qarşı törədilib! Eger basa dusseler! " Axirinci Asirim" filminde deyildiyi kimi: Elimiz getdi dinmedik, pulumuz getdi dinmedik! Bes namusumuz, Qeyretimiz? Yeni biz bu qeder Manqutlasmisiq!? Yox yeqin ki, cavab budur: ruslar daha cooooox sabun isteyirler! Qeyretse, tapdaqlar altinda INILDEYIR! FERYAD edir! Biz kim idik, bizi kim etdiler!

Mahir 2019-05-20 21:38:47

heyif o cür mərd gənc jurnalisti qoruya bilmədik

Mehman 2019-05-20 21:38:47

Aboszade xaindir.Ermeni elaltisi ile Fuadi bir tutma.

Ağsaqqal 2019-05-20 21:38:47

Ölkə Prezidenti hər bir vətəndaşın təhlükəsizlik qarantıdır. Fuad Abbasov kimi öz Millətini,Kökünü sevən şəxslər üçün ölkə Prezidenti ən yüksək səviyyədə öz fikrini Rusiya Federasiyası rəhbərliyinə bildirməlidir. Amma .... görək dəəə.....

Türkoğlu 2019-05-20 21:38:47

Azərbaycanın qeyrətli oğlunun başına faşis Rusiyasında oyun qçılır,qəddarlıq törədilir xarici işlər naziri adlanan adamın,səfir adlanan adamın səsi çıxmır.Sizi ora təyin ediblər ki yeyib içib kef çəkəsiniz yoxsa Azərbaycanın mənafeyini müdafiə edəsiniz.Sizin səsinizi çıxartmamağınız Hafiz Hacıyevin dediklərini təsdiq edir.Yoxsa səsiniz çıxardı.Azərbaycana Allah kömək olsun.

zakir 2019-05-20 21:38:47

fuada azerbaycanin milli qehremani adi verilmelidir . ona gore ki o ermeni texribatinin qarsini alib cecenlerle ,aqli. ancaq dovletimiz nedense ona bigane yanasir.

Elshen 2019-05-20 21:38:47

çox utanc verici haldı.elbetde kı bu bizim millete göz dağidi.birleşib destek olmaliyiq.

Emin 2019-05-20 21:38:47

Bizim sefirimizin xeberi olmayib, yoxsa rus polisleri uchun bir mahni oxuyardi, ruslar da hemen peshiman olardilar)))

fikrət 2019-05-20 21:38:47

bunu edən erməni aqadadaşdir bəs ilham əliyev deyirdi mən bütün azərbaycanlilarin prezidentiyəm nə oldu aqadadaş bizim milləti sindirir

miri 2019-05-20 21:38:47

Fuada qarşı edilən bu cür qəddar davranış siyasi demarsdir. Bu onun göstəricisidir ki, Azərbaycan sevərlik istər ermənilər, istər Rusiyada olan diaspor təşkilatlarının maraqlarına uyğundur. Azərbaycan siyasi hakimiyyətinin susması da bu məsələdə müəyyən şübhələr yaradır. Allah türkü qorusun. Haqq işimiz avand olsun. İnşəallah.

Şamaxılı 2019-05-20 21:38:47

Dəfələrlə Fuadın bütöv ermənipərəst Moskva televiziyaiarında və digər mötəbər yerlərdə Azərbaycanın hüquqlarını necə təmkinlə faktlara əsaslanaraq müdafiə etdiyinin şahidləriyik.Fuad kimi vətənpərvər el oğluna edilən bu haqsızlığa etiraz etməliyik.Düşünmürəm ki onun kimi mərd olullar yaxın gələcəkdə doğulacaq.....

EJDER 2019-05-20 21:38:47

ZORAKILIQVE IWGENCELERE REVAC VEREN ,ONUUN ICRA EDENLER MUTLEQ CESALANMALIDIRLAR...

sual 2019-05-20 21:38:47

Yoxsa bizdə bir təpiklə döyülüb öldürülən jurnalist olmayıb ki, belə təcüblənirsiz?

kamil 2019-05-20 21:38:47

BİR DAHA SÜBUT OLUNUR Kİ BİZ YİYƏSİZ MİLLƏTİK. ÖZÜMÜZ DƏ TOPARLANIB ÖZÜMÜZƏ YİYƏLİK EDƏ BİLMİRİK.

Kamil 2019-05-20 21:38:47

SATQINLAR DÜŞMƏNLƏ BİRLƏŞİB DÜŞMƏNƏ XOŞ GETSİN DEYƏ QEYRƏTLİ OĞLUMUZU BELƏ SINDIRIRLAR.

Yengibar 2019-05-20 21:38:47

lerikliye....Fexreddin de Elikram kimi veten xainidir , Fuadla müqayise etmek olmaz .

Əbülhəsən Abbasov 2019-05-20 21:38:47

Fuad Abbasova edilən bu zorakılıq xalqımıza, dövlətimizə qarşı bir cinayətdir. Bu cinayətə dözməməliyik, laqeyd qalmamalıyıq. O, Azərbaycanın və Türkiyənin haqlı maraqları üçün çox iş görüb, fədakarlıq göstərib. Zərurət olduqda, hətta özünü risklər altına salıb, təkbaşına vuruşub. Biz hamılıqca Fuad bəyi müdafiə etməliyik.

Lerikden Mehemmed Hesen emi 2019-05-20 21:38:47

eyni hadise Fexreddin Eboszade ilede baw verdi niye hec kim dinmedi? hele bir ura qiwqirinlarda oldu, her kes bilsin istenilen zorakilaqa haqq qazandiranda onun qapisini bir gun doyeceyine emin olsun...

yengibar 2019-05-20 21:38:47

Faşist Rusiyası o qandalları tekce Fuadın deyil , bütün Azer baycanın qollarına vurub. En dehşetlisi O qandalları qızıl bilerzik kimi qebul edenlrimizdir...

bilen 2019-05-20 21:38:47

bes niyə arxadan çəkiblər

Azər 2019-05-20 21:38:47

YƏQİN Kİ FUADA SAHİB ÇIXAL QEYRƏTLİ AZƏRBAYCANLILAR AZ DA OLSA ÇIXIB ONU BU QAZILMIŞ QUYUDAN ÇIXARACAQ. DÜŞMƏNLƏRİMİZİN ANASI ERMƏNİ OLANLARIN (ağadadaş kimilərin) və milli satqınların ARZULARI ÜRƏYİNDƏ QALACAQ. QEYRƏTLİ OĞULUMUZ MÜBARİZ MƏSİMOV BU DƏHŞƏTLİ HADİİSƏYƏ ÖZ ƏLİNDƏN GƏLƏNİ YƏQİN Kİ EDƏCƏK. https://www.youtube.com/watch?v=tR_PTR2g-JU

Son yazılar