RÜŞVƏTƏ GÖRƏ İŞDƏN ÇIXARILAN RƏİS NAZİRİN ƏMİSİ OĞLUDUR - Gömrükdən açıqlama

Dərc olunub: 21/05/2019 - 00:08

sahilbabyev_7751542017922Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.

“AzPolitika.info” xəbər verir ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Bbununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.

Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğludur.

***

seferXatırladaq ki, Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən verilən məlumatda qeyd edilir ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub.

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib.










loading...


Fikrinizi bildirin