«Rusiyanın Çinlə münasibətləri ABŞ üçün ciddi təhlükə olacaq» - "Foreign Affairs"

Çinin Rusiya Federasiyası ilə münasibətlərinin inkişafı Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin maraqlarına ciddi təhlükə törədə bilər. Bu haqda «Foregin Affairs» jurnalı xəbər verib.

Ekspertlərin fikrincə, Qərblə qarşıdurma fonunda, Pekin və Moskva əməkdaşlığı gücləndirir və onu gələcəkdə də genişləndirə bilərlər. Bu zaman onlar çətin ki, formal alyans yaratsınlar və hərbi sahədə sıx əməkdaşlıq etsinlər, amma nəzərə almaq lazımdır ki, hər iki ölkəni «avtoritar idarəetmə rejimi» birləşdirir.

Çin Xalq Respublikası (ÇXR) iqtisadi rıçaqlardan üçüncü ölkələrə diplomatik təzyiq göstərə, Rusiya isə «demokratiyanı sarsıtmaq üçün» hibrid taktikadan istfadə edə bilər. Həm də əgər Çin Cənubi-Çin dənizində öz maraqlarının müdafiəsini güclərdirsə, ABŞ üçün buna reaksiya vermək mürəkkəb olacaq və bu zaman, Rusiya da Ukraynaya təzyiqləri gücləndirəcək.

«Bu fonda, ABŞ hakimiyyəti Avropa ölkələri, xüsusilə də Almaniya və Fransa ilə əməkdaşlığı möhkəmlətməlidir» - deyə jurnal yazır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar