“ABŞ şirkətinin qərarı əsassız və qəbulolunmazdır” – İraqlı nazir

Dərc olunub: 21/05/2019 - 00:15

15583588275609454833_1000x669-768x432ABŞ-ın “Exxon Mobil” şirkətinin İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya etməsi əsassız və qəbulolunmaz qərardır.

Bu sözləri İraqın neft naziri Tamir Gadban deyib.

Nazir digər şəhərlərdə olduğu kimi, İraqın cənubunda da sosial şərait və təhlükəsizliyin sabit olduğunu, beynəlxalq şirkətlərin də neft yataqlarında sərbəst və təhlükəsiz şəkildə çalışdığını deyib. O bildirib ki, “Exxon Mobil”in öz işçilərini evakuasiya etməsi regiondakı siyasi gərginliklə bağlıdır: “ABŞ şirkətinin bəzi işçilərini müvəqqəti və ya ehtiyat olaraq evakuasiya etməsinin İraqın cənubundakı neft yataqlarındakı təhlükəsizliklə əlaqəsi yoxdur. Bizə görə bu qəbulolunmaz və səbəbi bilinməyən qərardır. Çünki digər beynəlxalq şirkətlər neft yataqlarında sərbəst və təhlükəsiz şəkildə çalışırlar”.

T.Gadban “Exxon Mobil” rəsmilərindən mövzu ilə bağlı şərh gözlədiklərini, şirkəti “Qərbi Qurna” neft yatağının inkişaf etdirilməsi üçün uzunmüddətli müqavilə çərçivəsində lazımi sayda işçi göndərməyə çağırıb.

“Exxon Mobil” ötən 2 gündə Bəsrədən 30-dək xarici vətəndaşı və ikili vətəndaşlığı olan neftçini evakuasiya edib(azərtac).












loading...


Fikrinizi bildirin