«ABŞ-ın nüvə tullantıları Sakit okeana sıza bilər» – Baş katib

Dərc olunub: 21/05/2019 - 00:15

qutteres«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüvə silahı sınaqları zamanı əmələ gəlmiş tullantıların Sakit okeana düşə biləcəyi ehtimalındn dolayı narahatlıq keçirdiyini dilə gətirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tərəfindən 1970-ci illərin sonunda Ranit adasında tikilmiş tullantılar üçün «nüvə tubutu» çatlarla örtülüb. Bununla əlaqədar radioaktiv maddələr suya sıza bilər.

Quterriş qeyd edib ki, bununla bağlı Marşall Adaları hakimiyyəti də ciddi narahatlıq keçirir. Burada radioaktiv maddələrin okeana sızması riski böyükdür. BMT Baş katibi Vaşinqtonu tezliklə tədbirlər görməyə çağırıb ki, mümkün fəlakətdən qaçıla bilinsin.

«Soyuq müharibə» dövründə ABŞ Marşall Adalarında 67 nüvə sınağı keçirib. Burada xüsusilə, çox güclü «Bravo» adlı hidrogen bombası partladılıb.






loading...


Fikrinizi bildirin