Latviyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlanıb

Latviyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlanıb.Latviya Seyminin rəyasət heyəti növbəti seçkiləri 2019-cu il mayın 29-na təyin edib.

Seçkilər üçün iki tarix təklif olunmuşdu. Parlamentin 34 deputatı seçkilərin iyunun 5-də, 45-i isə mayın 29-da keçirməyi məqbul hesab etmişdi. Parlamentin spikeri İnara Murniese ölkə Konstitusiyasına uyğun olaraq may ayını seçkilərin keçirilməsi üçün daha məqsədəuyğun hesab edib.

Prezident postuna üç namizəd iddialıdır. Bunlar Eqil Levits, Yuri Yanson və Didzis Şmitsdir.

Qeyd edək ki, hazırkı Prezident Raymond Veyonis növbəti seçkilərdə namizədliyini irəli sürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar