“Fənərbaxça” Avropa Liqası şansını qoruyub - VİDEO

Türkiyə Super Liqasında XXXIII tur başa çatıb.

ONA-nın məlumatına görə, turun son günündə iki oyun keçirilib.

Səfərdə “Ərzurumspor”la qarşılaşan “Fənərbaxça” minimal hesabla qələbə qazanıb. Bu qələbə mövsümün böyük hissəsini uğursuz keçirən İstanbul klubuna Avropa Liqasına vəsiqə qazanmaq imkanı yaradıb. “Sarı-lacivərdlilər” “Trabzonspor”un gözlənilən cəzasının rəsmiləşəcəyi halda avrokuboka vəsiqə verən 6-cı yeri tutmaq üçün nəzəri şanslarını son tura saxlayıb.

Turnir cədvəlində qonşu olan “Ankaragücü” ilə “Sivasspor”un matçında 4 qol vurulub. Paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Super Liqada sonuncu turun oyunları mayın 26-da keçiriləcək.

Türkiyə Super Liqası

XXXIII tur

20 may

“Ərzurumspor” – “Fənərbaxça” – 0:1

Mozes, 59 (pen.)

“Ankaragücü” – “Sivasspor” – 3:1

Saçko, 24, Boyd, 34, Kanteros, 50

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar