Gürcüstanda 11 futbolçu danışılmış matçlarda iştiraka görə həbs edilib - FOTO

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi danışılmış matçlarda iştirakda şübhəli bilinən səkkiz futbolçunu və üç keçmiş oyunçunu saxlayıb.

"Report" xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilir.

Qeyd edilir ki, saxlanılan keçmiş futbolçular Vaxtanq C, Laşa Ç və Nika D-dır. Həmçinin İrakli X, Robert İ, İraki B, Coni Ş, Georgi Q, Nikoloz M, Paata Qx, və Nodar K. saxlanılıb. Onlar "Quriya Lançhuti", "Çiatur", "Vit Corci" komandalarının oyunçularıdır.

İstintaqın məlumatına görə, futbolçular mütəşəkkil cinayətkar qrupdan pul vəsaitlərinin alınmasından sonra matçları uduzublar. Oyunçular 93,5 min lari (34 dollardan çox) alıblar.

Bu əməllərinə görə onları 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar