"ABŞ səkkiz dəfə İrana danışıqlar aparmağı təklif edib" - Həsən Ruhani

İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.

"Report" xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

İran prezidentinin sözlərinə görə, o, danışıqları və diplomatiyanı dəstəkləyir, ancaq indiki şərtlərdə bunları düzgün hesab etmir.

O, qeyd edib ki, 2018-ci ildə BMT-yə səfəri zamanı "beş yaxşı tanınmış dünya lideri" Amerika prezidenti Donald Trampla danışıqlarda vasitəçilik təklifi ilə rəsmi Tehrana müraciət edib.

"Dövlət Departamenti həmçinin səkkiz dəfə bizə xahişlərlə müraciət edirdi", - deyə Ruhani bildirib.

İran prezidenti əlavə edib ki, "bu gün danışıqlar yox, müqavimət və möhkəmlik vaxtıdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar