ABŞ-İRAN MÜHARİBƏSİ TƏXİRƏ SALINIR – “Tərəflər bir-birini səhv başa düşüblər”

Mayın 15-də Səudiyyə Ərəbistanının kralı Salman İranla münasibətlərin gərginləşməsi səbəbilə, Ərəb Ölkələri Liqasının, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının və İslam Əəməkdaşlıq Təşkilatına daxil olan ərəb dövlətləri liderlərinin Məkkə şəhərində iyunun 30-da fövqəladə toplantısının keçirilməsinə çağırış edib.

Ötən cümə axşamı, mayın 15-də İranın rəsmi şəxsləri bəyan ediblər ki, onlar ABŞ və onun müttəfiqləri ilə Fars körfəzində «müharibəyə hazırdırlar».

Ancaq bunun səhəri günü ABŞ-ın «The Wall Street Journal» nəşri «ehtimal edib» ki, Birləşmiş Ştatlarla İran arasında gərginliyin artması və bunun ardınca Fars körfəzində ABŞ hərbi gücünün artırılması, mümkündür ki, kəşfiyyat materiallarının hər iki tərəfdə «düzgün başa düşülməməsi»nin nəticəsi olub.

ABŞ xüsusi xidmətləri tərəfindən toplanmış yeni kəşfiyyat məlumatları, nəşrin ehtimalına görə, onu göstərir ki, Tehranda belə təsəvvür yaranıb ki, guya ABŞ İrana hücum etməyə hazırlaşır. Tehran ABŞ-ın ehtimal olunan bu təhdidinə reaksiya verib və özünün bölgədəki müttəfiqlərinin, o cümlədən, Livanda Hizbullahın, İranda və Suriyada çoxsaylı şiə üsyançılarının qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bu hərəkət isə öz növbəsində, Vaşinqton tərəfindən guya, «İran ABŞ və müttəfiqlərinə hücum etməyi planlayır» kimi başa düşülüb və Ağ Evin Fars körfəzinə əlavə avidaşıyıcı qrupu göndərməsinə və Bağdaddakı səfirliyini qismən evakuasiya etməsinə gətirib çıxardıb.

Beləliklə, aydın olub ki, Tehran tərəfin bundan əvvəlki hərəkətləri müdafiə xarakteri daşıyıb, ABŞ isə bunu səhv olaraq, «hücum» kimi interpretasiya edib.

Nəşr həm də xəbər verib ki, guya bundan sonra ABŞ prezidenti Donald Tramp müdafiə naziri Patrik Şanaxa da daxil olmaqla, öz administrasiyasını məlumatlandırıb ki, o, İranla qarşıdurma istəmir.

Ancaq proseslərin axarı və Səudiyyə Ərəbistanı rəhbərliyinin davranışı göstərir ki, İrana qarşı siyasi və iqtisadi təzyiqlər azalmır və ABŞ bölgədə öz müttəfiqlərinə yönəlik anti-İran əsaslı konsalidasiya siyasətini davam etdirir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-05-21 08:46:25

ABŞ İranla müharibə aparmaz.Bilirlər ki,İranda ara qarışsa bundan sonra Azərbaycan bütövləşə bilər.Ona görə də hərbi müdaxilə istisnadır.

Son yazılar